La Liqanın 22-ci turunda  “Real Madrid” doğma areanda “Elçe”ni qəbul edib. 3 gün əvvəl İspaniya Kubokunda rəqibini əlavə vaxtda məğlub edərək mübarizədən kənarlaşdıran “Kral klubu” bu dəfə də 90 dəqiqədə qələbəyə həsrət qalıb. Hətta məğlubiyyətdən görüşün sonunda xilas olub. Halbuki oyun fərqli ssenaridə davam edə bilərdi. Amma 33-cü dəqiqədə Kərim Benzema penaltidən yararlana bilməyib. Fransalı forvard  “Real Madrid” karyerasında ilk dəfədir ki, rəsmi oyunlarda 11 metrlik cərimə zərbəsindən yararlana bilmir. Buna kimi 16 cəhdi  hamısında sevinən tərəf olmuşdu. 1-ci hissənin sonunda Elçenin üzvü Lukas Boye hesabı açmaqla yerli azarkeşləri məyus edib. Bu azmış kimi 2-ci hissədə qonaqlar daha  bir qol vurublar. Pere Milya qapını dəqiq nişan alıb. Amma meydan sahibləri oyunun sonunda məğlubiyyətdən xilas olublar. Əvvvəlcə 82-ci dəqiqədə Luka Modriç penaltidən buraxılan toplardan birinin əvəzini çıxıb. 2-ci hissəyə artırlan vaxtda isə Eder Militao komandasını məğlubiyyətdən xilas edib - 2:2. 22 tura 50 xal toplayan “Real Madrid” zirvədə qərarlaşıb. Paytaxt klubu ən yaxın rəqibi “Sevilya”nı 4 xal qabaqlayır.   

“Real Madrid”in əzəli rəqibi “Barselona” səfərdə  “Alaves”i minimal hesabla məğlub edib. Göruşdə  yeganə qolu Frenki de Yonq vurub. Qələbə sayəsində “Barselona” 35 xalla turnir cedvelinde 5-ci pilləyə yüksəlib.  “Barsa”  ilk  “4-lüy”ün son komandası  “Atletiko”dan 1, lider “Real”dan 15 xal geridir. 17 xala malik Alaves ise 19-cu pillədədir.