İngiltərə premyer Liqasında lider “Mançester Siti”nin ən yaxın izləyicisi “Liverpul” Londonda “Kristal Pelas”ın qonağı olub. Mersisaydlılar artıq 8-ci dəqiqədə istəklərinə çatıblar. Vircil Van Dayk fərqlənib. Fasiləyə kimi Aleks Oksleyd-Çemberleyn hesabı artırıb - 2:0. Fasilədən sonra da azarkeşlər 2 qol görüblər. Əvvəlcə meydan sahiblərinin heyətində Odson Eduar buraxılan toplardan birinin əvəzini çıxıb. Qarşılaşmanın sonunda isə Fabinyo son nöqtıni qoyub. 3:1 hesabı ilə qalib gələn Liverpul 48 xalla 2-ci yerdədir və lider “Mançester Siti”dən 9 xal geri qalır.  

İlk 3-lükdə qərarlaşan “Çelsi” isə “Tottenhem”i qəbul edib. Derbinin ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra “Çelsi” futbolçuları 2 qol vurublar. Hakim Ziyeş və Tiyaqo Silva qapını dəqiq nişan alıb. 2:0 hesabı ilə qalib gələn “Çelsi” 47 xalla 3-cü pillədədir. Komanda   “Liverpul”dan 1, lider “Mançester Siti”dən 10 xal geri qalır. “Tottenhem” isə 36 xalla 7-ci pillədədir.