Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" komandası növbəti yoxlama oyununu keçirib.
Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Polşanın "Qurnik" (Leçna) komandası ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Zirə" hesabda iki dəfə geri düşsə də, Təmkin Xəlilzadə 50-ci, İlkin Muradov isə 60-cı dəqiqədə fərqlənərək bərabərliyi təmin ediblər. Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Macarıstan "Peç"inə 3:5 hesabı ilə uduzub.