Şahmatçımız Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci qələbəsini qazanıb.

37 yaşlı qrossmeyster ustaların mübarizəsində 5-ci turda niderlandlı Yorden van Foresti üstələyib. Qara fiqurlarla oynayan Məmmədyarov 44-cü gedişdə rəqibini təslim olmağa məcbur edib. Hazırda hesabında 3,5 xal olan Azərbaycan təmsilçisi hindistanlı Vidit Santoş Qucrati və macarıstanlı Rixard Rapportla birlikdə  ilk 3 pilləni bölüşür.