Niderlandın Veyk-An-Zee şəhərində şahmatçıların “Tata Stil Çes” superturniri davam edir.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov 3-cü turda qara fiqurlarla niderlandlı Aniş Giri ilə görüşüb. Qarşılaşma 21-ci gedişdə heç-heçəylə başa çatıb. Şahmatçımızın hesabında hələlik 1 xal yarm var. Xatırladaq ki, Məmmədyarov 1-ci turda rusiyalı Daniil Dubov, 2-ci turda Andrey Yesipenko ilə xalı yarı bölmüşdü. 

Təmsilçimiz 4-cü turda polşalı Yan Kşiştof Duda ilə üz-üzə gələcək. 

Dairəvi sistem üzrə keçirilən “Tata Stil Çes” superturnirində 14 qrosmyester qələbə uğrunda mübarizə aparır.