İtaliya A Seriyasında 21-ci tura yekun vurulub.

Son oyun günündə “Kalyari” “Bolonya”nı qəbul edib. Gərgin mübarizə şəraitindıə keçən oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıda hücumlarını gücləndirən qonaqlar istəklərimnə 54-cü dəqiqədə çatıblar. “Bolonya”nın futbolçusu Rikkardo Orsolini rəqib qapısına yol tapıb. Ruhdan düşməyən meydan sahibləri əzmkar oyun nümayiş etdiriblər. Əvvəlcə, Leonardo Pavelotti tarazlığı bərpa edib. Son dəqiqələrdə “Kalyari” qələbə qolunu vurub. Qaston Pereironun dəqiq zərbəsi komandasına 3 xal qazandırıb.

Ardıcıl ikinci qələbəsini qazanan “Kalyari” buna baxmayaraq autsaydrlər qrupudnadır. “Bolonya” isə  27 xalla 12-cidir. Yarış cədvəlinə 49 alla “İnter” başçlıq edir.