“Arsenal” yeni yarımmüdafiəçi axtarışındadır.
“Topçular” beynəlxalq öhdəliklərə görə Tomas Parti və Muhammed El-Neninin köməyindən yararlana bilməyəcək. Bu səbəbdən London klubunun əsas hədəfi Jorjinyo Viynalduma yönəlib. Niderlandlı futbolçu PSJ-də əsas heyətə düşməkdə çətinlik çəkdiyini və premyerliqaya geri dönmək istədiyini bildirib. Sadalanan amillər bu keçidin reallaşmasına şərait yaradır. Təcrübəli yarımmüdafiəçinin icarə əsasında “Arsenal”a qoşulacağı gözlənilir.