“Qəbələ” ciddi itki ilə üzləşib. Komandanın aparıcı müdafiəçisi Ürfan Abbasov məşqdə ağır zədə alıb. Onsuz da heyətlə bağlı problem yaşayan əyalət klubu liderlərdən birini itirməklə vəziyyətini pisləşdirib. Həkimlərin ilkin rəyinə görə, Ürfan üçün mövsüm bitib. Bu xəbəri alan məşqçilər heyəti onun yerinə təcili olaraq futbolçu axtarışına start verib. Hazırda turnir cədvəlinin ikinci pilləsində olan bölgə təmsilçisi mövqeyini qorumaq üçün heyəti gücləndirməyə məcburdu. Abbasov “Qəbələ”də mövsümü erkən başa vuran 3-cü futbolçudu. Daha öncə Rüfət Əhmədov və Yaovi Akakpo da uzunmüddətli zədə almışdı.