"Səbail" klubunun futbolçusu Yurgen Qoxa komandadan ayrılmaq istəyir.
Albaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Təcrübəli oyunçu ilə "Teuta" klubu yaxından maraqlanır. "Dənizçilər"lə cari mövsümün sonunadən müqaviləsi olan Qoxa əməkdaşlığa qarşılıqlı razılıq əsasənda xitam verilməsi üçün danışıqları davam etdirir. Hazırda Bakıda olan futbolçunun məsələsinə yaxın günlərdə aydınlıq gələcək. Qeyd edək ki, Yurgen Qoxa Azərbaycanda "Səbail"dən əvvəl "Qəbələ"nin də formasını geyinib.