“Neftçi” klubu heyətinə yeni qapıçı cəlb etmək istəyir.

Aqil Məmmədovun əməliyyat olunmasından sonra Kamran İbrahimovun ümidinə qalan bakılılar yerli bazarda axtarışdadı. Hazırda əsas hədəf Aydın Bayramovdur. “Sumqayıt”ın qolkiperini heyətə qatmaq istəyən bakılılar qarşı tərəfdən razılıq gözləyir. Tərəflər hazırda maliyyə şərtlərini müzakirə edirlər, “Neftçi” qaneedici təklif göndərsə, “kimyaçılar” əsas qolkiperini paytaxta yollayacaq. Yayda Xəyal Nəcəfov üçün 100 min dollarından keçən “Neftçi” yenə müəyyən vəsaiti xərcləməyə hazırdır.