Səudiyyə Ərəbistanının Ciddə şəhərindən start götürən “Dakar” ralli marafonu davam edir.
Yarışın 6-ci günündə də hava şəraiti ilə qədər motosikletçilərin yarışında fasilə elan edilib. Yarış dayandırlana qədər KTM komandasının üzvü Sem Sanderlend öndə olsa da, daha sonra onun komanda yoldaşı Deniel Sanders vəziyyəti xeyrinə dəyişə bilib. Sanderlend ikinci, Mattias Valkner isə 3-cü yerə sahib çıxıb.
Minik avtomobillərinin pilotları arasındakı yarışda isə Orlando Terranova uğur qazanıb. “Prodrive” komandasının pilotu finiş xəttini 3 saat 6 dəqiqə 45 saniyəyə qət edib. Ondan 1 dəqiqə 6 saniyə geri qalan “Audi” pilotu Mattias Ekstrem 2-ci yerə çıxıb. “Toyota”dan Yazid Əl-Raci isə 3-cü olub.
Yük avtomobillərinin sürücüləri arasında mübarizədə yenə də fəxri kürsünün ilk 3 pilləsini “Kamaz” nümayəndələri tutub. Andrey Karginov 3 saat 16 dəqiqə 16 saniyəlik nəticə ilə finiş xəttini birinci keçib. Ondan 9 saniyə geri qalan Dmitri Sotnikov 2-ci yeri tutub. Eduard Nikolayev isə yarışı 3-cü sırada başa vurub.