“Barselona” hücüm xəttini gücləndirmək üçün araşdırmalarını davam etdirir.

Alvaro Moratanın keçidi alınmadığından “Barsa” rəhbərliyi diqqətini Antoni Marsiyala yönəldib. “Mançester Yunayted”in futbolçusunun özünün də Barselona”ya keçmək istədiyinə dair xəbərlər yayılıb. “Barselona” fransalını mövsümün sonuna kimi icarəyə götürmək niyyətindədir. Razılıq baş tutarsa, Marsiyal ilin sonunda 40 milyon avroya İspaniya təmsilçisinin heyətinə transfer də oluna bilər. Qeyd edək ki, fransalı forvard bu mövsüm Premyer liqada 7 oyunda meydan çıxıb və 1 qol vurub.