"Neftçi"də ayrılmağa hazırlaşan belçikalı futbolçu Sabir Buqrin karyerasını Tunisdə davam etdirəcək.
Xarici mətbuatın məlumatına görə 2 aydır "Esperans" klubu ilə danışıqlar aparan 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün bu ölkəyə yollanıb. Mərakeş əsilli oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb. İddiaya görə, Buqrinlə hazırda Belçikanın yüksək liqasında turnir cədvəlinə başçılıq edən "Yunion" klubu da yaxından maraqlanırdı. Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin iyulundan "Neftçi"də çıxış edirdi. Onun "ağ-qaralar"la bu ilin yayınadək müqaviləsi var idi.