Rusiyanın “Rubin” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgeslə maraqlanır.

Rusiya klubu ötən ilin yayından Azərbaycanda çıxış etməyə başlayan braziliyalını 3 aydır diqqət mərkəzində saxlayır. Premyer Liqa təmsilçisi “sambaçı”nı Konfrans Liqasnın qrup mərhələsinin “Omoniya” ilə səfər oyununda bəyənib. Kiprdə keçirilən həmin qarşılaşmada dubla imza atan cənubi amerikalı turnirin ən gözəl qollarından birini vurmuşdu. Qeyd edək ki, Kadinin “Qarabağ”la müqaviləsi 2+1 illikdir. “Rubin” Azərbaycana gələnə kimi Portuqaliyada çıxış edən braziliyalının maliyyə şərtlərini incələyib.