İtaliyanın "Milan" komandası koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək.
Bu barədə "rossonyerlər"in baş məşqçisi Stefano Pioli "Sky Sport Italia"ya açıqlamasında bildirib.
O, futbolçuların “Zoom” onlayn platformasında məşqlərə qatılacaqlarını və dekabrın 30-da yenidən bir araya gələcəklərini söyləyib.
Qeyd edək ki, İtaliyanın bir neçə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. "Milan" A Seriyasındakı növbəti matçını yanvarın 6-da "Roma"ya qarşı keçirməlidir.