36 yaşlı qolkiper müqaviləsinə vaxtından öncə xitam verilməsi üçün klub rəhbərliyinə müraciət edib.

Serbiyalı oyunçunun müraciətinə müsbət cavab verilib.

Qeyd edək ki, Saşa Stamenkoviç 2018-ci ildən paytaxt təmsilçisində çıxış edib. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.