"Qarabağ"ın Ukraynanın "Minay" klubundan heyətinə qatdığı Rüstəm Əhmədzadə ilə müqavilə imzalayacağı vaxt bəlli olub. Hazırda Bakıda olan 21 yaşlı hücumçu ötən gün tibbi müayinədən keçib. Müayinənin nəticələri bu gün açıqlanacaq. Cavablar bilinən kimi gənc forvardla rəsmi anlaşma əldə ediləcək. Hələ ki, müqavilənin müddəti bəlli deyil. Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"ın formasını geyinib.