"Bu, tarixdə indiyədək aldığımız ən böyük dəstək idi və həqiqətən inkişafımıza çox töhvə verəcək. Məbləğ qəpiyinədək klubumuzda uşaqların inkişafına və infrastruktura gedəcək. Cənab Prezident bunları bilir". Bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl "İdman TV"də yayımlanan "Mərkəzi xətt" verilişində İlham Əliyevin "Qarabağ" klubuna maliyyə yardımı ayırması barədə danışarkən deyib. O, ölkə başçısının etimadını doğrultmağa çalışacaqlarını söyləyib. Tahir Gözəl klubunda ümumilikdə 165 futbolçunun olduğunu da diqqətə çatıdrıb. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.