Lorentso İnsinye də mövsümün sonunda azad agent statusu əldə edəcək.

Hələ ki, İtaliya millisinin üzvü “Napoli” klubu ilə müqavilə müddətini yeniləməklə bağlı razılığa gələ bilmir. İtaliya mətbuatının məlumatına görə 30 yaşlı cinah hücumçusu Neapol klubunda qalmaq istəyir. Amma o, “Napoli” rəhbərliyinin onun məvacibini ikiqat azaltmaq istəyi ilə barışa bilmir. Əvəzində İnsinye ilə ərəb sərmayədarların əlinə keçən “Nyukasl” da maraqlanır. Lorentsoya daha real təklif Kanadadan gəlib. MLS-də çıxış edən “Toronto” klubu İtaliya millisi ilə Avropa çempionu olan futbolçuya yüksək məvacib ödəməyə hazırdır.