Milli Basketbol Assosiasiyasında mübarizə aparan “Finik Sanz”ın sahibi Robert Sarver irqçilikdə ittiham olunur.
Amerikalı jurnalist Bakster Holms Sarverin 2004-cü ildən bəri etdiyi bütün xoşagəlməz hərəkətlərin xronologiyasını hazrılayıb. O, hətta klubun 70-dən artıq əməkdaşından məsələ ilə bağlı sitatlar da gətirib. Artıq bu prosesə MBA rəhbərliyi də qarışıb. Qurum Sarverlə bağlı araşdırmalara başladığını elan edib. “Finiks”in sahibinin irqçilik etdiyi sübut olunsa, o, postundan uzaqlaşdırılacaq.