Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa “Legiya”sında növbəti qolunu vurub.

24 yaşlı hücumçu evdə İtaliya “Napoli”sinə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda fərqlənib. O, görüşün 11-ci dəqiqəsində topu rəqib qapısından keçirməklə hesabı açıb. Qeyd edək ki, bu, Emrelinin Varşava təmsilçisində 11-ci qolu olub.