Böyük ehtimalla, yeni reqlament qüvvəyə mindikdən sonra Formula 1-də yeni komandalar da debüt edəcək. Bu mənada “Porşe” daha istəklidir. “Audi” ilə birgə yarışlara qatılmaq istəyən Almaniya şirkəti Volksvagen” mühərrikləri ilə trassa çıxacaq. Şirkətin idman direktoru Tomas Laudenbax Almaniya mətbuata açıqlamasında Formula 1-də komanda yarışlarında təmsil olunmaq istədiklərini etiraf edib. Onun sözlərinə görə, şirkət hazırda FİA ilə danışıqlar aparır. O, 2025-ci ildən yarışlarda iştirak etmək üçün yaxın vaxtlarda qərar qəbul edəcəklərini bildirib.