“Real” Eden Azardan yaxasını qurtarmağa çalışır.

2019-cu ildə “Çelsi”dən Madrid klubuna keçən belçikalı futbolçu münətəzəm olaraq zədələndiyinə görə nadir hallarda meydana çıxır. Azar meydanda olduğu oyunlarda da özünü yaxşı tərəfdən göstərə bilmir. İspaniya mətbuatının məlumatına görə, “Real”ın baş məşqçisi Karlo Ançelotti klub rəhbərliyinə belçikalı futbolçuya güvənməyəcəyini bildirib. Məhz bunun nəticəsində “Real” Azarı sabiq komandası “Çelsi”yə və hazırda böyük transferlər həyata keçirmək istəyən “Nyukasl”a təklif edib. Xatırladaq ki, Eden “Real”da keçirdiyi 52 oyunda 5 qol vurub.