Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları olub.
“Legiya” Varşavada “Lester”i qəbul edib. İlk turda Moskvada “Spartak”a minimal hesabla qalib gələn Polşa klubu bu dəfə də eyni uğuru doğma meydanda təkrarlayıb. Görüşün qəhrəmanı Mahir Emreli olub. Milli komandamızın forvardının vurduğu yeganə qol “Legiya”ya minimal hesablı qələbə qazandırıb.
Paralel keçirilən qarşlaşmada isə “Spartak” Neapoldan 3 xalla qayıdıb. Hərçənd ki, artıq 13-cü saniyədə Elif Elmas yerli azarkeşləri sevindirib. Amma az sonra “Napoli”nin heyətində Mario Rui qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünüyü əldə edən qonaqlar fasilədən sonra ardıcıl 3 qol vurublar. Kuinsi Promes 2, Mixail İqnatov 1 dəfə fərqlənib. “Napoli”də isə Viktor Osimhen diqqət mərkəzinə düşüb. Beləliklə Spartak 3:2 hesablı qələbə qazanıb. 2 turdan sonra Mahir Emrelinin çıxış etdiyi “Legiya” 6 xalla qrupa başçılıq edir. “Spartak” 3 xalla 2-cidir. “Lester” və “Napoli”nin aktivində 1 xal var. qeyd edək ki, növbəti turda “Legiya” Neapola, “Lester” isə Moskvaya səfər edəcək.