UEFA Çempionlar Liqasının F qrupunda mübarizə aparan “Mançester Yunayted” “Vilyareal”ı qəbul edib. İlk hissədə qol olmayıb. İkinci yarıda qonaqlar hesabı açıblar. Pako Alkaser fərqlənib. Çox keçmədən Aleks Telles tarazlığı bərpa edib. Final fitinə saniyələr qalmış “qırmızı şeytanlar” qələbə qolunu vurmağa nail olublar. Kriştianu Ronaldu qəhrəmana çevrilib. “Mançester Yunayted” - “Vilyareal” 2-1. Bu qələbə sayəsində İngiltərə təmsilçisi qrupda ilk 3 xalı qazanıb.

F qrupunun digər matçında “Yanq Boyz” “Atalanta”nın qonağı olub. Tərəflərin cəhdlərinə baxmayaraq ilk 45 dəqiqədə hesab açılmayıb. İkinci hissədə Matteo Pessinanın vurduğu qol matçın taleyini həll edib. “Atalanta” - “Yanq Boyz” 1:0.  Qələbə sayəsində 4-cü xalını qazanan İtaliya klubu qrup lideridir. “Yanq Boyz” və “Mançester Yunayted” 3 xalla 2-ci, 3-cü yerlərdə gedir.  “Vilyarreal” 1 xalla F qrupunda sonuncudur.