UEFA Çempionlar Liqasında H qrupunda “Yuventus” - “Çelsi” matçl diqqət mərkəzində olub.

Gərgin mübarizənin birinci hissəsində hesab açılmayıb. Fasilədən dərhal sonra meydan sahibləri önə keçiblər. Federiko Bernardeskinin ötürməsini Federiko Kyeza lazımınca qiymətləndirib. Qalan vaxtda “zadəganlar” nə qədər çalışsalar da, hesabı dəyişə bilməyib. Beləliklə “Yuventus” çempionu minimal hesabla məğlubiyyətə uğradıb. Qrupun digər görüşündə “Zenit” Rusiyada “Malmö”nün qapısından 4 cavabsız top keçirib. 9-cu dəqiqədə Sankt Peterburq klubunun heyətində Klaudinyo ilk qolu vurub. 1-ci hissə minimal hesabla başa çatlb. 49-cu dəqiqədə Daler Kuzyayev fərqi artırıb. Az sonra “Malmö”nün heyətində Anel Ahmedhodziç qırmızı vərəqəylə cəzalanlb. Say üstünlütü qazanan “Zenit” Aleks Sutormin və Vendel sayəsində fərqi 4 topa çatdıraraq inamlı qələbəni təmin edib. “Yuventus” 6 xalla H qrupunun liderdidir. “Çelsi” və “Zenit” 3 xalla 2-3-cü yerləri bölüşür. Hesabında xal olmayan “Malmö” sonuncudur .