Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin beşinci turunun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu turda ermənistanlı Levon Aronyan üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.