Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda 4-cü tur arxada qalıb. Qrossmeysterlərimiz -  Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bu dəfə qələbə qazanıblar.

Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. İlk partiya sülhlə bitib. 2-ci də isə şahmatçımız uduzub. Amma bundan sonra ardıcıl 2 partiyada qələbə qazanan Şəhriyar Məmmədyarov ümumi hesabda da qalib gəlib: 2,5:1,5.

Teymur Rəcəbov isə eyni hesabla polşalı Yan-Kşiştov Dudanı məğlub edib. Bu qarşılaşmanın ilk partiyasında qalib gələn qrossmeysterimiz, 2-ci də heç-heçə edib. Növbəti görüşdə Polşa təmsilçisi qələbə qazansa da, həlledici partiyada Teymur Rəcəbov üstün olub.

Turun sensasiya ilə diqqət çəkib. Belə ki, rusiyalı Vladislav Artemyev norveçli dünya çempionu Maqnus Karlsenə qalib gəlib  - 3:1.