“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev yenidən Azərbaycana qayıda bilər. “Levski”də çıxış edən 27 yaşlı futbolçuya klublarımızdan biri təklif göndərib. 2018/2019 mövsümündə “Qarabağ”da çıxış etmiş 27 yaşlı bolqar futbolçu Ağdam klubunda əsas heyətə düşə bilməmişdi. Ölkəsinə qayıdan futbolçunun “Levski”də də işləri yaxşı getmir. Məhz bu səbəbdən də o, yenidən ölkə xaricində oynamaq istəyir. Digər variantları da olan futbolçunun karyerası ilə bağlı yekin qərarı verəcəyi gözlənilir.