Millimizin  üzvü Mahir Emreli "Legiya"nın heyətində Polşa Kubokunda ilk qolunu vurub. 

24 yaşlı hücumçu "Svalki" komandası ilə görüşdə fərqlənib. 56-cı dəqiqədə oyuna  daxil olan Emreli 80-ci dəqiqədə rəqib qapısına qol tapıb. Mahir Emrelinin vurduğu qol qarşılaşmada sonuncu olub – 3:1.  Bu qələbə sayəsində "Legiya" 1/16 finala yüksəlib.