Futzal üzrə dünya çempionatında mübarizə davam edir. Litvada təşkil olunan yarışın C və D qruplarında ikinci turun oyunları olub.
C qrupunda Portuqaliya millisi Solomon Adalarının komandası ilə qarşılaşıb. Görüşün aşkar vaforiti olan avropalılar rəqibin qapısından 7 cavabsız top keçiriblər. Bununla da ardıcıl 2-ci qələbəsini qazanan Portuqaliya futzalçıları xallarının sayını 6-a çatdırıb. Komanda ən yaxın izləyicisi Mərakeş yığmasını iki xal qabaqlayır. Yeri gəlmişkən, Mərakeş seçməsi ikinci tuda xal itkisi ilə üzləşib. Onlar Tayland millisinin müqavimətini qıra bilməyiblər. Komandalar hərəyə bir dəfə fərqləniblər. Bu nəticə ilə asiyalılar qrupda ilk xalını qazanıblar.
B qrupunda da ikinci tura yekun vurulub. İlk oyunda qalib gələn Braziliya və Çexiya komandalarının dueli “sambaçılar”ın aşkar üsütnlüyü ilə şəritində keçib. Braziliyalılar rəqiblərini 4-0 hesabı ilə məğlub ediblər.
Qrupun digər oyununda Panama və Vyetman yığmaları üz-üzə gəlib. Gərgin keçən görüşdə Vyetman futzalçılarının 3-2 hesablı qələbəsi qeydə alınıb. İki turdan sonra Braziliya 6 xalla liderdir. Çexiya və Vyetnam 2-ci-3-cü yerləri bölüşür. Xalı olmayan Panama komanda isə qrup sonuncusudur.