Avropa Liqasında da qrup mərhələsinin ilk oyunları keçirilib.
“Qalatasaray” İstanbulda “Latsio”nu qəbul edib. İtaliya klubu ilə oyuna meydan sahibləri daha yaxşı başlayıblar. İlk hissədə Fatih Terimin komandası qol vura bilməyib. Fasilədən sonra isə rəqib qolkiperin səhvi yerli azarkeşləri sevindirib. Tomas Strakoşanın avtoqolu oyunun taleyini həll edib. Beləliklə “Qalatasaray” turnirə minimal hesablı qələbə ilə start verib.
İstanbulun digər klubu “Fənərbağça” isə Frankfurtdan 1 xalla ayrılıb. Komanda yerli “Anytraxt”la sülh bağlayıb. Artıq 10-cu dəqiqədə istanbul təmsilçisinin heyətində Məsut Özil fərqlənib. Fasiləyə kimi tarazlıq bərpa olunub. Sam Lammers hədəfdən yayınmayıb 1:1. Görüşün sonunda qonaqlar qələbə qazanmağa yaxın olublar. Amma Dimitrios Pelkas penaltidən yararlana bilməyib. Epizodun davaminda Merqim Berişa topu qapıdan keçirsə də VAR qayda pozuntusu qeydə alıb. Beləliklə görüş 1-1 hesabı ilə yekunlaşıb.