UEFA Çempionlar Liqasının C qrupunda Türkiyə çempionu “Beşiktaş” Dortmund “Borussiya”sını qəbul edib. Qonaqlar fasiləyə kimi 2 qol vurublar. 20-ci dəqiqədə Cyud Belinqem hesabı açıb. Hissənin sonuna yaxın Erlinq Holand fərqi artırıb. “Beşiktaş” 2-ci yarıya artırılmış 4-cü dəqiqədə rəqibin qapısına yol tapıb. Fransisko Montero başla dəqiq oynayıb. Amma İstanbul klubu bundan artığına nail ola bilməyib: Beşiktaş - Borussiya Dortmund 1:2. 

C qrupunun digər matçı daha məhsuldar alınıb. Sportinq və Ayaks komandaları Lissabonda üz-üzə gəlib. Amsterdam klubu böyük hesablı qələbəyə sevinib. Qonaqlardan Sebastyan Alle poker müəllifi olub. Bundan başqa Stiven Bergeys də fərqləmib. Portuqaliya klununun heyətində isə yalnız Paulinyo qol vurub: “Sportinq” - “Ayaks” 1:5