İtaliya A Seriyasında 3-cü tur başa çatıb.

Sonuncu görüş “Bolonya” və “Verona” komandaları arasında olub. İlk hissədə hesab açılmayıb. Matçın taleyini həll edən yeganə qol 78-ci dəqiqədə vurulub. “Bolonya”nın isveçli futbolçusu Mattias Svanberqin cərimə meydançası həndəvərindən zərbəsi dəqiq alınıb. Bu qol Sinişa Mixayloviçin komandasının 3 xal qazanması üçün kifayət edib. Beləcə, “Bolonya” futbolçuları xallarının sayını 7-ə çatdırıblar. Onlar yarış cədvəlində 7-cidilər. Hesabında xal olmayan “Verona” isə 19-cu sıradadır. Yarış cədvəlində maksimum nəticə göstərən “Roma”, “Milan”, “Napoli” komandaları ilk 3-lükdə qərarlaşıb.