İspaniya La Liqasında 4-cü tur yekunlaşıb. “Xetafe” - “Elçe” görüşünün birinci hissədə qapılar toxunulmaz qalıb. Fasilədən sonra fəallaşan qonaqlar 69-cu dəqiqədə istəklərinə çatıblar. Rəqib müdafiəçidən məharətlə yayınan Lukas Peres topu qapıdan keçirib. “Xetafe” futbolçuları qalan vaxtda məğlubiyyətdən qurtula bilməyiblər. “Elçe” minimal hesabıa qaıib gələrək mövsümdə ilk dəfə qələbə qazanıb. “Xetafe” isə ardıcıl 4-cü matçda məğlub olub.
“Qranada” – “Betis” oyunu daha məhsuldar alınıb. İlk hissəyə artırılan 2-ci dəqiqədə Rodri qonaqlara üstünlük qazandırıb. 66-cı dəqiqədə meydan sahiblərindən Luis Suares fərqlənərək tarazlığı bərpa edib. Sona 1 dəqiqə qalmış “Betis” futbolçularından Serxio Kanales komandasının 2-ci qolunu vuraraq mübarizəyə nöqtə qoyub. Beləcə “Betis” də çempionatda ilk 3 xalı hesabına yazıb. “Qranada” isə hələ ki, yeni mövsümdə qalib gələ bilməyib.
İspaniya la liqasında 10 xal toplayan 3 komanda - “Real” Madrid, Valensiya” və “Atletiko” Madrid ilk 3-lükdədir.