Azərbaycan çempionatında 3-cü tur başa çatıb. G
ünün ilk görüşündə Səbail və Sumqayıt üz-üzə gəlib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Cabir Əmirli paytaxt klubuna mininal hesablı qələbə qazandırıb. Bununla da mövsümə ardıcıl 2 qələbə ilə başlayan Sumqayıt ilk məğlubiyyəti ilə üzləşib. Turun mərkəzi qarşılaşması “Baksell Arena”da olub. Hazırkı çempion “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Görüşdə hesab 21-ci dəqiqədə açılıb. “Qarabağ”ın üzvü Vadji İbrahima rəqib futbolçuların səhvindən məharətlə yararlanıb. Seneqallı forvard fasilə ərəfəsində də diqqət mərkəzinə düşüb. Bu dəfə də o, topu qapıdan keçirib. 2-ci hissə başlayan kimi meydan sahibləri hesab arasındakı fərqi minimuma endiriblər. Kapitan Emin Mahmudov komandasını ümidləndirib. Qalan vaxt ərzində paytaxt təmsilçilərinin məğlubiyyətdən xilas olmaq üçün bir neçə imkanı olsa da, rəqib qapıçının inamlı oyunu buna mane olub. Beləliklə “Qarabağ” prinsipial görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu “Qəbələ” ilə bərabər 7 xalla turnir cədvəlinə başçılıq edir. “Səbail” və “Sumqayıt” onlardan 1 xal geri qalır. “Neftçi” və “Zirə”nin aktivində 4 xal var. Autsayderlər “Keşlə” və “Sabah” isə hələ xal qazana bilməyiblər.