“Krasnodar”ın yetirməsi olan Ruslan Pidlisnyak karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. Əslən azərbaycanlı olan Ruslan "Sabah"ın maraq dairəsindədir. "Krasnodar" akademiyasından ayrıldıqdan sonra "Maşuk-KMV"də çıxış etmiş 20 yaşlı hücumçu hazırda klubsuzdur. Komanda axtarışında olan forvarda "Sabah"dan təklif var. Hücumun sivri ucunda və sağ cinahda da oynamağı bacaran Pidlisnyakla şərtlər razılaşdırılarsa, onun "Sabah"la müqavilə imzaayacağı ehtimal edilir.