Milli komandamız dünya çemponatı seçmə mərhələsində 5-ci görüşə çıxıblar.

Komandamız Bakı Olimpiya Stadionunda Portuqaliya yığmasını qəbul edib. Qonaqlar 26-cı dəqiqədə hesabı açıblar. Bernardu Silvanın zərbəsi dəqiq alınıb. Az sonra fərq artıb. Bu dəfə Andre Silva diqqət mərkəzinə düşüb. Hissənin sonuna yaxın seçməmiz rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaradıb. Amma Namiq Ələsgərovun ötürməsindən sonra Filip Ozobiç topa toxuna bilməyib. 1-ci hissə Portuqaliya millisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra qonaqlar daha bir top vurublar. 75-ci dəqiqədə Dioqu Jota topu qapımızdan keçirib. Sona yaxın futbolçularımız qol vurmaq üçün daha 2 imkan qazanıblar. 85-ci dəqiqədə Emin Mahmudovun zərbəsində dəqiqlik çatmayıb. Vaxtın yekunlaşmasına 1 dəqiqə qalmış isə Namik Ələsgərov topu qapıya vura bilməyib. Beləliklə Portuqaliya seçməsi 3:0 hesabilə qələbə qazanaraq 13 xalla A qrupunda zirvədə möhkəmlənib. Yığmamız isə 1 xalla sonuncu pillədədir.