“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstan “Olimpiakos”una satıb. Klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək. Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə keçib. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib.
2020/2021-cil mövsümündə Azərbaycan çempionu olan Kane Qvineya millisinin heyətində 6 oyuna çıxıb və 1 qol vurub.