Dünya Çempionatının seçmə mərhələsində növbəti oyunlar olacaq.
Milli komandamızla eyni – A qrupunda yer alan Portuqaliya doğma meydanda İrlandiya seçməsilə qarşılaşacaq. Hazırki vəziiyətə görə hərəyə 7 xalı olan Serbiya və Portuqaliya milliləri 1-ci, 2-ci yeri bölüşürlər. Komandalar bunadək 6 dıəfəf qarşılaşıblar. Hərəyə 2 qələbə qazanan tərəflər 2 dəfə də heç-heçə ediblər. C qrupunda qərarlaşan qardaş Türkiyə millisi isə Monteneqro yığmasını sınağa çəkəcək. 3 turdan sonra türklər 7 xalla qrupda liderliyini qorumağa çalışacaqlar. Monteneqro isə Niderland və Norveç kimi güclü rəqiblərlə mübarizədə qrupdan ən azı ikinci yerlə mərhələ adlamağa iddialıdır. H qrupunda qərarlaşan Rusiya və Xorvatiya millilərinin isə oyunu da maraqla gözlənilən qarşılaşmalardan sayılır. Komandaların hərəyə 6 xalla 1-ci və 2-ci yeri bölüşmələri qrupda prinsipiallığı artıran amillərdəndir. Qeyd edək ki, hər 3 oyun Bakı vaxtı ilə saat 22:45 də start götürəcək.