Türkiyə Superliqasında 3-cü tur başa çatıb. Son oyun günündə maraqlı qarşılasşmalar keçirilib. Onlardan biri də “Kasımpaşa” və “Qalatasaray” arasında olub. Qonaqlar böyük üstünlük qazansalar da, təşəbbüsü əldən veriblər. “Sarı-qırmızılar”dan Aleksandr Çikldeu hesabı açıb. Daha sonra Kərəm Aktürkoğlu fərqi 2 topa çatdırıb. Fasiləyədək Nikolay Yorgensen meydan sahiblərini ümidlıəndirib. 1-2. Fasilədən sonra daha gərgin mübarizə gedib. “Qalatasaray” futbolçularının səhvindən yararlanan Umut Bozok tarazlığı bərpa edib: Kasımpaşa – Qalatasaray 2:2
İstanbulun digər təmsilçisi “Fənərbağça” isə azarkeşlərini sevindirməyə davam edir. İlk 2 turda qələbə qazanan “sarı-lacivərdlilər” bu dəfə “Altay”ın qonağı olub. İlk hissədə hesab açılmayıb. İkinci yarıda “Fənərbağça” 2 qol vurub. Əvvəlcə, Fərdi Kadıoğlu mükəmməl zərbə ilə hesabı açıb. Çox keçmədən Enner Valensiya meydan sahiblərini məyus edib. 2:0 hesabı ilə qalib gələn “Fənərbağça” yalnız qol fərqinə görə lider “Trabzonspor”dan geri qalır.
Yeri gəlmişkən, Qara dəniz təmsilçisi Giresinsporu məğlub edib. Matçın taleyini 1 qol həll edib. Antoni Nvakame komandasına qələbə qazandırıb.