Almaniya çempionatında 3-cü tur başa çatıb.. Mövsümə yaxşı start verən “Volfsburq” doğma meydanda “Leypsiq”i qəbul edib. İlk hissədə tərəflər bir neçə dəfə fərqlənməyə yaxın olsalar da qapılarda qol olmayıb. 52-ci dəqiqədə isə meydan sahiblərinon heyətində Jerom Russiliyon komandasına qələbə qazandıran topu qonaqların qapısından keçirib: “Volfsburq” – “Leypsiq” 1:0
“Yuniyon Berlin” – “Borussiya Münhenqladbax” görüşündə də meydan sahiblərinin qələbəsi qeydə alınıb. Hesabı 22-ci dəqiqəsdə Niko Qiselman açıb. Fasilə ərəfəsində fərq artıb. Tayvo Avoni Berlin təmsilçisinin ikinci qolunun müəllifi olub. “Borussiya” Münhenqladbaxıb gücü yalnız bir qola çatıb. Görüşün son dəqiqəsində Yonas Hofmann fərqlənsə də bu yalnız komandası üşün təsəlli olub: “Yuniyon Berlin” – “Borussiya Münhenqladbax” 2:1. 3 turdan sonra maksimum xal toplayan “Volfsburq” liderdir. Hesabında 7 xalı olan “Bayer”, “Bavariya” və “Frayburq” isə 2-4-cü yerləri bölüşürlər.