Türkiyənin İstanbul şəhərində UEFA Konfrans liqasının qrup mərhələsinin püşkü atılıb. Beləcə Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ”ın rəqibləri müəyyənləşib. Ağdam futbolçuları H qrupunda İsveçrənin “Bazel”, Qazaxıstanın “Kayrat” və Kiprin “Omoniya” komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Konfrans Liqasının qrup mərhələsində ilk oyunlar sentyabrın 16-na təyin olunub.

UEFA Avropa Liqasının da püşkü atılıb. Həmvətənimiz Mahir Emrelinin şərəfini qoruduğu “Legiya”   “Napoli”, “Spartak”, “Lester”lə birgə C qrupunda qərarlaşıb.

Türkiyə klublarından “Fənərbağça” D qrupunda “Olimpiakos”, “Ayntraxt Frankfurt” və “Antverpen”lə yarışacaq.

İstanbulun digər komandası “Qalatasaray” isə “Latsio”, “Lokomotiv Moskva”, “Olimpik Marsel”lə birlikdə E qrupunda çıxış edəcək.