“Latsio”nun argentinalı yarımmüdafiəçisi Xoakin Korrea karyerasını “İnter”də davam etdirəcək.

Milanlılar bu keçidə görə Roma klubuna 30 milyon avro ödəyəcək. Amma bu mövsüm 27 yaşlı oyunçu “İnter”də icarə əsasında çıxış edəcək. Korrea artıq “neradzurra” ilə 2025-ci ilə qədər müqavilə imzalayıb. Xatırladaq ki, Xoakin “Latsio”ya qədər “River Pleyt”, “Estudiantes”, “Sampdoriya” və “Sevilya”da da çıxış edib.