Kriştianu Ronaldu yaxın günlərdə “Yuventus”dan ayrılacaq.
İngiltərə mətbuatının məlumatına görə, portuqaliyalı futbolçu “Yuventus”un bazasından şəxsi əşyalarını götürüb. 36 yaşlı futbolçunu transfer etmək istəyən “Mançester Siti” isə “Yuventus”a 30 milyon avro ödəməyə hazırdır. Portuqaliyalı jurnalist Qonsalu Mendeşin yazdığına görə, artıq klublar razılığa gəlib. Xatırladaq ki, Ronaldunun “Yuventus”la müqavilə müddəti 2023-cü ildə başa çatacaqdı. Kriştianu ilə vidalaşacaq Turin klubu heyətinə “Mançester Siti”dən Qabriel Jezus və PSJ-dən Mauro İkardini cəlb etmək istəyir.