“Neftçi” UEFA Konfransi Liqsının pley-off mərhələsinin cavab oyununda İsraildə “Makkabi” Hayfa komandası ilə qarşılaşıb.
Bakıdakı ilk matçda 3:3 hesablı heç-heçə edən “Neftçi” səfərdə rəqibinə böyük hesabla uduzub. Hesabı 20-ci dəqiqədə meydan sahiblərinin futbolçusu San Menaçem hesabı açıb. İlk yarıya əlavə edilən 2-ci dəqiqədə “Makkabi” ikinci topu “Neftçi”nin qapısından keçirilb. Hayfa təmsilçisinin heyətində Ömər Atzili fərqlənib. Fasilədən sonra da görüşün ssenarisi dəyişməyib. İsrail klubu daha iki qol vurub. 52-ci dəqiqədə “Neftçi”nin qapısına təyin olunan penaltini Aqil Məmmədov dəf etsə də, qarşılaşmanın baş hakimi təkrar zərbə vurulmasını tələb edib. Dolev Haziza bu dəfə dəqiq oynayıb. Hücumlarını davam etdorən meydan sahibləri 69-cu dəqiqədə qonaqları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Məhəmməd Abu Faninin vurduğu qol qarşılaşmada sonuncu olub. Beləliklə 0:4 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb.