Harri Keyni transfer edə bilməyən “Mançester Siti” hazırda bütün diqqətini Kriştianu Ronalduya yönəldib.
İtaliya mətbuatının məlumatına görə, İngiltərə klubu 36 yaşlı portuqaliyalı hücumçuya iki illik müqavilə təklif edir. Ronaldu mançesterlilərin şərtləri ilə razılaşsa, ilə 15 milyon avro məvacib alacaq. Artıq Kriştianun meneceri Jorje Mendeş “Yuventus” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Turinə gəlib. Bəzi mənbələr “Mançester Siti”nin Ronalduya görə, Qabriel Jesusu “Yuventus”a göndərməyə hazır olduğunu yazır.