Almaniya kubokunda 1/32 final mərhələsinə yekun vurulub.
“Bavariya” səfərdə 5-ci liqada mübarizə aparan "Bremer"lə qarşılaşıb. Əsas heyət futbolçularının çoxunun iştirak ərizəsində olmamasına baxmayaraq, münhenlilər özlərini rəqib meydanında çox rahat hiss ediblər. “Bavariya” rəqib qapısından 12 cavabsız top keçirib. Darmadağında Çupo-Motinq poker etdiyi halda, Musiala dublla yadda qalıb. Varm, Tilman, Sane, Quisans, Sarr və Tolisso isə hərəyə bir dəfə fərqlənib. Beləliklə, Münhen klubu meydan sahiblərini gözlənildiyi kimi ilk turda mübarizədən kənarlaşdırıb. Xatırladaq ki, bu dəfə də fəxri mükafata iddialıə olan “Bavariya” Almaniya kubokunun 20 qat qalibidir.