UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. İlk matçda “Şaxytor”a minimal hesabla uduzun “Monako” bu dəfə Ukraynada cavab qarşılaşmasına çıxıb. İlk hissədə irəli atılan qonaqlar istəklərinə çatıblar. Fasiləyədək Vissam Ben Yedder dubl edib. 2-ci yarıda hücumlarını gücləndirən meydan sahibləri Marlosun dəqiq zərbəsi sayəsində görüşün taleyini əlavə hissələrə daşıyıblar. Burada “Monako”nun heyətində Ruben Aqilar baxımlı avtoqolla diqqət mərkəzinə düşüb -  “Şaxtyor” – “Monako” 2:2. Beləliklə, iki oyunun nəticəsinə gpörə 3:2 hesabı ilə qalib gələn “Şaxtyor” qrup mərhələsinə vəsiqə qazanıb.

Digər görüşdə isə “Brondbü” – “Zalsburq”la qarşılaşıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn avstriyalılar yenidən eyni nəticəni göstəriblər. İlk hissədə qonaqlardan Benjamin Sesko və Brenden Aronson fərqlənib. İkinci yarıda isə Danimarka təmsilçisindən Andreas Makso təsəlli qolunun  müəllifi olub. Qələbə qazanan “Zaltsburq” qrup mərhələsinə yüksəlib.

“Dinamo” Zaqreb – “Şerif” matçında isə hesab açılmayıb. İlk matçda 3 cavabsız qolla qalib gələn Moldova təmsilçisi mərhələ adlayaraq ilkə imza atdıb. Belə ki, bunadək heç bir Moldova klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etməyib.