“Leypsiq”in yarımmüdafiəçisi Marsel Zabitser “Bavariya”ya keçməyə yaxındır.

Artıq Münhen klubu 27 yaşlı avstriyalı futbolçu ilə müqavilənin şərtlərini razılaşdırıb. Buna baxmayaraq, “Leypsiq”in idman direktoru Florian Şults hələ ki “Bavariya”dan heç bir təklif almadıqlarını deyib. Bəzi mənblərin məlumatına görə, klub rəhbərliyi avstriyalı futbolçunu 15 milyon avrodan ucuz qiymətə satmaq fikrində deyil.